Görkəmli şəxslər

1. Hacı Ağadadaş Haqverdiyev (XIX əsr) - milyoner, xeyriyyəçi, Qafan və Gədəbəy miss mədənlərinin sahibkarı, III Dumanın üzvü.

2. Ağa Mirabbas Ağa (XIX - XX əsrlər) - din xadimi, Gəncəbasar zonasının şeyxülislamı, 25 il Nəcəf şəhərində dini təhsil almışdır.

3. Məşədi Məhəmmədrza Məmmədov (XIX - XX əsrlər) - məşhur el sənətkarı, "Zanbro" topunun müəllifi. Bu topdan ermənilərin Azərbaycana əsrin əvvəlində hücumu zamanı istifadə olunmuşdur.

4. Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə (1906-1986) - Azərbaycanın xalq yazıçısı (1979), Azərbaycan sovet romanın banisi.

5. Soltan Cəfər oğlu Mehdiyev (1914 - 1986) - akademik, kimya elmləri doktoru, əməkdar elm xadimi, yüksək oktanlı benzinin kəşf edilməsində böyük rolu olmuşdur.

6. Maqsud Əlisimran oğlu Cavadov (1902-1972) - Azərbaycan EA-nın müxbir züvü, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi.

7. Əkrəm Cəfər oğlu Cəfərov (Əkrəm Cəfər) (1905-1985) - professor, filologiya elmləri doktoru, əruzşünaslıq məktəbinin görkəmli nümayəndəsi.

8. Bahəddin Şahvəddin oğlu Mirzəyev (1914-1988) - Sovet İttifaqı Qəhrəmanı.

9. Şamil Mustafa oğlu Piriyev (Aşıq Şamil) (1902-1986) - ustad aşıq.

10. Kamal Ağarəzi oğlu Qasımov (1909-1941) - Böyük Vətən Müharibəsi Qəhrəmanı.

11. Məmməd Səməd oğlu Bağırov (1922-1997) - İtaliyanın Milli Qəhrəmanı, Qızıl Haribaldi ulduzu kavaleri.

12. Manaf Fərəc oğlu Süleymanov (1912-2001) - yazıçı-alim, əməkdar mədəniyyət işçisi.

13. Ağa Cəfər oğlu Mehdiyev (1920-2003) - xalq rəssamı.

14. Hökumə İsmayıl qızı Sultanova (1909-1981) - dövlət xadimi.

15. Ələkbər Seyidməmməd oğlu Əliyev (1907-1962) - hərbi xadim, polkovnik, partizan hərəkatının rəhbərlərindən biri.

16. Şövkət Şahbaz qızı Səlimova (1920-1999) - Azərbaycanın ilk qadın gəmi kapitanı, alim.

17. Tofiq Kazım oğlu İsmayılov (1933-1991) - Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət Katibi.

18. Nikolay Vasilyeviç Nikitin (1926-1994) - Sosialist Əməyi Qəhrəmanı, fəxri kənd təsərrüfatı elmləri doktoru. Uzun illər Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

19. Nadir Baba oğlu İbrahimov (1933-1977) - məşhur astronom, fizika-riyaziyyat elmləri namizədi, Mars planetində "İbrahimov" krateri onun şərəfinə qoyulub.

20. İbrahim Cəfər oğlu İbrahimov (1922-1993) - professor, tarix elmləri doktoru.

21. Qəni Mirzəmməd oğlu Qəniyev (1927-1990) - professor, texnika elmləri doktoru.

22. Mais Həbib oğlu Cavadov (1929-1992) - Azərbaycan EA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, əməkdar eli xadimi.

23. Kazım Mirheydər oğlu İsmayılov (1905-1981) - görkəmli dövlət xadimi polkovnik, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı.

24. Ağasəf Əlisahil oğlu Bağırov (1922) - SSRİ Dövlət Mükafatı Laureatı, əməkdar neftçi.

25. Siyavuş Əlisəfər oğlu Şirinzadə (1937) - Azərbaycan EA-nın müxbir üzvü, texnika elmləri doktoru, Qubkin adına mükafat laureatı, Vyetnamın ali mükafatı olan "Xalqlar dostluğu" ordeni ilə təltif edilmişdir.

26. Musa Ramazan oğlu Musayev (1927-1998) - professor, kimya elmləri doktoru.

27. Rəşid İsmayıl oğlu Mahmudov (1929) - dövlət və mətbuat xadimi, əməkdar jurnalist, Prezident təqaüdçüsü.

28. Sarvan Qarakişi oğlu Salmanov (1927) - Sosialist Əməyi Qəhrəmanı, S.Vurğunun "Muğan" poemasının qəhrəmanı.

29. Gülüstan Ağəli qızı Həsənova (1925) - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü.

30. Ədhəm İsmayıl oğlu Mahmudov (1934) - professor, geologiya-minerologiya elmləri doktoru.

31. Musa Səfiməmməd oğlu Yaqubov (Musa Yaqub) (1937) - tanınmış şair, M.F.Axundov adına ədəbi mükafat laureatı.

32. Hikmət İsmayıl oğlu Mahmudov (Hikmət Mahmud) (1937) - professor, geologiya-minerologiya elmləri doktoru, şair.

33. Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 - 1999) - yazıçı.

34. Əlman Fərman oğlu Qasımov (1936 -1998) - Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı. 

35. Aslan Abdulla oğlu Osmanov (1925 - 2002) - Sosialist Əməyi Qəhrəmanı.

36. Səfəralı İbrahim oğlu Məmmədov (1930) - Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı.

37. Məmmədağa  Əlövsət oğlu Talıbov (1947-1992 ) -  fizika-riyaziyyat elmləri namizədi, dosent.                      

38. Yanvar Piralı oğlu Bədəlov (1942) - Şirvan aşıq məktəbinin layiqli davamçılarından biri.


 

sok

azt xidmet

kart