Ana səhifə

İsmayıllı rayonu ərazisində ilk dəfə telefon 1932-ci ildə quraşdırılmışdır.Bu bir fiziki xətt vasitəsi ilə Göyçay rayonu,mərkəzində kommutatora birləşdirilmişdi.1936-cı ildə «MB» tipli kommutator istifadəyə verilmişdir.1964- cü  ildə İsmayıllı rabitə  qovşağı üçün yeni bina tikilmiş və 400 nömrəlik «Dekad-addım» stansiyası istifadəyə  verilmişdir. Kənd yerlərində 20 ədəd MB-20 tipli kommutatoru movcud olmuşdur ki, onların da tutumu 480 ədəd olmuşdur. 1972-73-cü illərdə İsmayıllı mərkəzi ATS-nin tutumu daha 400 nömrə artırılaraq 800-ə  çatdırılmışdır.

1981–ci ildə İsmayıllı rabitə qovşağı üçün müasir  «Rabitə evi»nin tikintisinə başlanılmışdır. Bina 1985-ci ildə istifadəyə  verilmişdir. 1986-cı  ildə 3000 nömrəlik koordinat tipli  ATS istifadəyə  verilmişdir. 1994-cü  ildə tutumu daha 1000 nomrə artırılmışdır. 2003-cü ildə tutumu 256 nömrə olan «Karel» tipli stansiya  istifadəyə  verilmişdir.

2007-ci ildə rayonun ucqar kənd ərazilərində "Delta" Peyk rabitəsi avadanlıqları quraşdırılmağa başlandı və hal-hazırda peyk rabitəsi abunəçilərin istifadəsindədir.

2008-ci ildə müassir tələblərə cavab verən «Karel»  tipli son model stansiya istifadəyə verildi və bununlada İsmayıllı şəhər mərkəzi stansiyası tamamilə elektron sistemə keçdi. Hal-hazırda mərkəzi elektron stansiya sürətli rabitə yaratmaq və geniş çeşidli servis xidmətlərilə əhaliyə xidmət göstərir.Fiber optik kabelin İsmayıllı Telekommunikasiya qovşağına birləşdirilməsi başa çatdırılmışdır.

Rayonda 1626 abunəçi genişzolaqlı ADSL İnternet servis xidmətindən istifadə edir.

2010-cu ildə İsmayıllı Telekommunikasiya qovşağında önəmli bir planın həyata keçməsi baş verdi ki, qovşaq  ərazisində bütün kənd ATS-lər elektronlaşdı.

Kənd telefon rabitəsinin inkişafı əsasən 1974 – cü ildən sonra  başlanmışdır. Belə ki , 1974 –cü ilə  qədər rayon üzrə cəmi 2 kənddə (İvanovka, Talıstan ) ümumi tutumu 180 nomrə olan ATS movcud  idisə ,hal-hazırda 28 kənd EATS –nin tutumu 14292  nömrəyə çatır.


 

sok

azt xidmet

kart